Putin Paşinyanla razılaşmadı – Videobackend

Putin Paşinyanla razılaşmadı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MDB iclasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mübahisə yaranıb.

NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, mübahisəli dialoqa səbəb Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi olub.

“Aİİ-nin qapıları həmişə açıqdır. Məncə, bu faydalıdır. İqtisadi fayda təmin edir və daha çox bazarlar açır. Amma bu günün konyunkturası xüsusi bir şəkildə inkişaf edib. Baxın, Ermənistanın indi ticarət dövriyyəsi nə qədər artıb”, – Putin Paşinyana müraciət edərək deyib.

Məhz bu sual qısa müzakirəyə səbəb olub:

Paşinyan: Bu il artıq 4 milyarddır.

Putin: Nə qədər?

Paşinyan: 4 milyard.

Putin: Yox, daha çox.

Paşinyan: Bu il. Keçən il bu, təxminən 9 milyard idi.

Putin: Daha çox. Keçən il daha çox idi və bu il daha çox olacaq, bu, göz qabağındadır.