Putin Paşinyanla telefonla danışdıbackend

Putin Paşinyanla telefonla danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

NOCOMMENT.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Ermənistanın Baş nazirini ad günü münasibətilə təbrik edib.

“Danışıq zamanı ikitərəfli gündəlikdəki bəzi aktual məsələlərə toxunulub”, – Rusiya liderinin mətbuat xidmətindən söhbətin məzmunu ilə bağlı bildirilib.

Ermənistan hökumətinin məlumatına görə, Paşinyan təbrikə görə Putinə təşəkkür edib, həmçinin, Rusiya Dəmir Yollarına Lori rayonunda daşqın nəticəsində dağılmış dəmir yolu relslərinin tez bir zamanda bərpası barədə verdiyi göstərişi yüksək qiymətləndirib.