Putin Qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatdıbackend

Putin Qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Qərbin sanksiyalarına cavab olaraq tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin vaxtını uzadıb.

NOCOMMENT yeniavaz-a istinadla xəbər verir ki, müvafiq fərman Rusiya hökumətinin rəsmi saytında yayımlanıb.

Fərmana əsasən əks-sanksiyalar 31 dekabr 2021-ci il tarixinədək qüvvədə uzadılır. Hökumətə fərmanın icrası üçün tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, Rusiya 2014-cü ilin avqust ayından başlayaraq Qərb ölkələrinə sanksiyalar tətbiq etməyə başlayıb. Bu, Ukraynadakı və Krım ətrafındakı vəziyyətə görə Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalara cavab olaraq həyata keçirilib.