Putin Qərbi HƏDƏLƏDİbackend

Putin Qərbi HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyi kollegiyasının genişləndirilmiş iclasında prezident Vladimir Putin Rusiya-NATO münasibətləri haqqında danışıb.

NOCOMMENT.az xəbər verir ki, Putin NATO-ya bir sıra mesaj ünvanlayıb:

“Brüssel başa düşməlidir ki, hərbi-siyasi gərginliyin azalması təkcə Rusiyanın deyil, həm də bütün Avropanın və bütün dünyanın maraqlarına cavab verir. Səbəbini izah etmədən rusiyalı diplomatı gözdən salıblar, sonra da incidilər ki, biz onların Rusiyadakı nümayəndəliyini bağladıq. Niyə incimək? Bu, onların təşəbbüsüdür, bunu öz əlləri ilə ediblər, sonra günahkar axtarırlar”, – Rusiya lideri deyib.

O, Qərbi “qırmızı xətlər”ə məhəl qoymamaqda ittiham edib.

“Qara dənizə gəlincə, bu, ümumiyyətlə, müəyyən çərçivədən kənardır. Strateji bombardmançı təyyarələr dövlət sərhədimizdən 20 kilometr məsafədə uçur və onlar bildiyiniz kimi, çox ciddi silahlar daşıyırlar.

Biz daim bununla bağlı narahatlığımızı bildiririk, “qırmızı xətlər”dən danışırıq, amma bütün xəbərdarlıqlarımıza səthi yanaşırlar”.

Putin deyib ki, NATO-nun Şərqə doğru genişlənməsi ilə bağlı Rusiyanın narahatlıqları və xəbərdarlıqları sadəcə olaraq nəzərə alınmadı.

“Yaxşı, indi görək NATO blokunun hərbi infrastrukturları harada yerləşir – düz bizim sərhədlərimizin yanında”.

Prezident bildirib ki, Ukraynadakı böhran həll olunmaqdan uzaqdır:

“Almaniya və Fransa əslində Kiyevin demontaj kursuna rəvac verirlər, bu da danışıqları dalana aparır. Qərb Ukraynanı uçan silahlarla təmin etməklə, Qara dənizdə təlimlər keçirməklə Donbasda vəziyyəti gərginləşdirir”.
Modern