Bəzi Qərb ölkələrinin hakimiyyəti öz aqressiv hərəkətləri ilə qlobal enerji arxitekturasını pozur.
NOCOMMENT.az RBC-ya istinadən xəbər verir ki, bunu prezident Vladimir Putin Moskvada keçirilən “Rusiya enerji həftəsi” forumunda bildirib.
“Əlbəttə, biz həm də bəzi Qərb elitalarının aqressiv və çox inadlı hərəkətləri nəticəsində enerji arxitekturasının süni şəkildə dağıdılması ilə üzləşirik”, – Kreml lideri vurğulayıb.
Putinin fikrincə, dünyada enerji münasibətlərinin yenidən düzənləməsi gedir, bu isə obyektiv xarakter daşıyırŞ çünki istehlakın artdığı yeni iqtisadi inkişaf mərkəzləri yaranır.
Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) Rusiya neft və qazından imtina etməsi və daha bahalı alternativlərə keçməsi artıq sənaye dövriyyəsinin çökməsinə, Avropa məhsullarının, bütövlükdə iqtisadiyyatın rəqabət qabiliyyətinin azalmasına gətirib çıxarıb.
Xatirə SADİQ