Rusiya prezidenti Vladimir Putin ölkədəki bütün əsas dini konfessiyaların rəhbərləri ilə görüşmək niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kreml məlumat verib .
Qeyd edilib ki, çərşənbə günü, oktyabrın 25-də prezident Nazirlər Kabinetinin üzvləri ilə görüşəcək, görüşdə ölkənin qış mövsümünə hazırlığının müzakirəsi planlaşdırılır.
“Həmin gün dövlət başçısı Rusiyanın bütün əsas dini konfessiyalarının rəhbərləri ilə görüşəcək “, – məlumatda deyilir.