Rusiya prezidenti Vladimir Putin Rusiya-Çin münasibətlərinin inkişaf dinamikasından razı olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Çinin xarici işlər naziri Van İ ilə görüşündə bildirib.
“Biz əlaqələrimizin, o cümlədən xarici işlər nazirliklərimizin birbaşa dəstəyi ilə inkişafından məmnunluğumuzu bildirmək istəyirik”, – Putin bildirib.
Van Yi Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə martın 31-dən aprelin 2-dək Rusiyaya rəsmi səfərə gəlib. Tərəflərin Rusiya-Çin münasibətlərinin gələcək inkişafı perspektivlərini, yüksək səviyyəli qarşılıqlı fəaliyyət və beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.