Rusiya NATO ilə mübarizəni davam etdirməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə deyib.
“NATO üzvləri bizimlə döyüşməkdən yorulanda onlardan soruşacaqsınız. Biz bu mübarizəni davam etdirməyə hazırıq. Və qələbə bizim olacaq!” – Putin bildirib.
Putin vurğulayıb ki, Rusiya Ukraynadakı münaqişəyə mümkün qədər tez son qoymaqda maraqlıdır. Putin qeyd edib ki, Rusiya Ukrayna münaqişəsinin dünya işlərində “qıcıqlandırıcı” olduğunu başa düşür və ona mümkün qədər tez son qoymağa çalışır. O bildirib ki, Rusiyaya uzunmüddətli sülh üçün şərait lazımdır, bir müddətlik atəşkəs yox. Eyni zamanda, Rusiya liderinin sözlərinə görə, Ukrayna tərəfi öz tələblərinin bir qismini irəli sürür, bunları danışıqlar adlandırmaq olmaz;