Rusiya və ABŞ Yaxın Şərqdə, o cümlədən Suriya və Fələstində əməkdaşlıq istiqamətində ilk addımları atıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Bura həm də sözün geniş mənasında Yaxın Şərq, Suriyadakı vəziyyət daxildir. Orada çoxlu məsələlər var ki, onların həllində həm ABŞ, həm də Rusiya iştirak edir”, – deyə o vurğulayıb.
Bu regionda əməkdaşlığın əsas istiqamətlərindən biri də İsrail-Fələstin münaqişəsinin həlli məsələsidir.
O, həmçinin əlavə edib ki, Rusiya və ABŞ iqtisadi və kosmik məsələlər üzərində işləyir.
Rusiya lideri həmçinin vurğulayıb ki, prioritet diqqət “Ukrayna istiqamətindəki vəziyyətə” verilir.