Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə gərginliyin artmasını narahatlıqla izlədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Bəhreyn kralının milli təhlükəsizlik müşaviri Nasir bin Həməd Əl-Xəlifə şahzadə ilə görüşdə Rusiya lideri bu hadisələrin müzakirəsini də təklif edib.
“Təəssüf ki, bugünkü görüşümüz sizin regionda gərginliyin artması fonunda keçirilir. Biz hamımız orada baş verənləri narahatlıqla izləyirik. Yəqin ki, bu barədə də danışacağıq”, – dövlət başçısı bildirib.