Rusiya Prezidenti Vladimir Putin ölkənin sənaye və iqtisadiyyatında robotizasiya səviyyəsinin kifayət qədər yüksək olmadığını və bunun ciddi problem yaratdığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Prezidentin fikrincə, mövcud vəziyyət Rusiya iqtisadiyyatının inkişafını ləngidir və yerli müəssisələrdə məhsuldarlığın artırılmasına mane olur. Putin vurğulayıb ki, robototexnikanın iqtisadiyyatın əsas sahələrinə fəal şəkildə tətbiqi yaxın gələcəkdə hakimiyyət orqanları və müvafiq qurumlar üçün prioritet olmalıdır.
Dövlət başçısı qeyd edib ki, robototexnikanın geniş tətbiqi ixtisaslı kadr çatışmazlığı probleminin həllinə kömək edə bilər. Belə texnologiyalar xüsusilə sənaye müəssisələri üçün faydalı ola bilər. Bundan başqa, robototexnikanın tətbiqi istehsal proseslərinin təhlükəsizliyinin təminatı ilə bağlı riskləri azaltmağa kömək edəcək.