Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına səfər edib.
NOCOMMENT.az xəbər verir ki, Putin burada vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparacaq.
Daha əvvəl xəbər verildiyi kimi, ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın, çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətin müzakirəsi planlaşdırılır. Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivləri nəzərdən keçiriləcək. Enerji məsələlərinə xüsusi diqqət yetiriləcək.
Bundan əvvəl Putin BƏƏ-yə səfər edib. O, Əbu-Dabidən Ər-Riyada uçub.