Putin Sibirə sürgünün qaytarılması təklifinə münasibət bildirdibackend

Putin Sibirə sürgünün qaytarılması təklifinə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sibirdə sürgünün vasitəsilə işçi qüvvəsinin təmin edilməsi bizim üsul deyil”.

NOCOMMENT.az -ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin ölkədə “sürgün” anlayışını bərpa etmək fikrinə cavab verərkən bildirib.

Jirinovski öz təklifini Sibirdə yeni şəhərlər qurmaq məqsədilə müdafiə naziri Sergey Şoyqunun ideyasını həyata keçirmək üçün insan resurslarının lazım olacağı ilə əsaslandırıb.

“Bu gün bəzi xarici agentlər ölkəni tərk edib, bəziləri Riqaya, bəziləri Londona gedib, bəziləri isə Moskvada qalaraq təxribat fəaliyyətlərinə davam etdirir – onları Sibirə göndərməliyik, nə həbsxanalara, nə də mühacirətə. Qoy onlar orada Vətən naminə işləsinlər”, – deyə LDPR lideri əlavə edib.

“Yenə də sürgün yolu ilə əmək ehtiyatlarını təmin etmək, yəqin ki, bizim metod deyil, siz stalinizm dövrünü tənqid edirsiniz, ancaq sürgün təklif edirsiniz. Yəqin ki, bu, işləməyəcək, hər şeydən əvvəl, bu, qəddarlıqdır”, – Dövlət Dumasına keçən partiyaların rəhbərliyi ilə görüşən Rusiya başçısı cavab verdi.
APA