Putin SSRİ-ni yenidən bu il qurmaq istəyir, proses artıq başlayıbbackend

Putin SSRİ-ni yenidən bu il qurmaq istəyir, proses artıq başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya yeni SSRİ-nin qurulmasını bu il üçün əsas məqsəd hesab edir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“Rusiyanın bu il əsas ideyası “Sovet İttifaqı 2”ni yaratmaqdır, rusların bundan başqa daha qlobal məqsədləri yoxdur. Bu, Putinə ömrünün sonunadək özünü qondarma SSRİ-nin lideri olacaq bir şəxs kimi legitimləşdirməyə imkan verəcək. Bunun hansı formatda olacağı, bura kimin daxil olacağının bir önəmi yoxdur. Bu, onun 22 ildir davam etdirdiyi sabit fikirdir”, – deyə Denisenko bildirib.

Onun sözlərinə görə, buna görə də, Dövlət Duması Putinə Rusiyadan kənarda administrasiyaların yaradılmasına icazə verən qanun layihəsinə baxmağa başlayıb: “Bu qanun layihəsi nəinki Putinə, hətta onu əvəz edəcək şəxslərə də icazə verilir ki, istənilən ərazinin “Rusiya” olması ilə bağlı könüllü qərar qəbul etsin”.