Rusiya lideri Putin NATO-nun Kiyevə verdiyi təhlükəsizlik zəmanətlərinin 2022-ci ilin martında İstanbulda razılaşdıqlarından çox da fərqlənmədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, “Uzlaşırdıq. Ukrayna mətni zibil qutusuna atdı” deyərək Dolmabaxça layihəsinə işarə edən Putin, İstanbuldakı görüşün gələcək danışıqlar üçün əsas ola biləcəyini ifadə etdi.
NATO-nun Vilnüsdə başa çatan sammitindən sonra Ukrayna müharibəsi ilə bağlı ilk geniş açıqlama verən Rusiya prezidenti Vladimir Putinin açıqlamaları “danışıq masası yaxınlaşır” şərhlərinə səbəb olub.
İşğalın ilk həftələrində, 29 mart 2022-ci ildə İstanbulda keçirilən görüşlə böhranın əslində arxada qala biləcəyinə işarə edən Putin, “NATO-nun Ukraynaya vəd etdiyi təhlükəsizlik zəmanəti məsələsi artıq İstanbul danışıqlarında idi. Bu baxımdan bizim üçün qeyri-adi heç nə yoxdur. Rusiya olaraq Ukraynanın təhlükəsizlik zəmanəti tələb etməsi bizə qəribə görünmür. Təbii ki, hər bir ölkənin öz təhlükəsizliyini təmin etmək və bunun ən yaxşı üsulunu seçmək hüququ var. Ancaq bunu edərkən başqa ölkənin təhlükəsizliyi pozulmamalıdır. deyə açıqlama verib.
Moskvanın Türkiyənin vasitəçiliyi ilə İstanbul danışıqları prosesini canlandırmağa hazır olduğunu bildirən Putin,“Biz orada müəyyən edilmiş əsas çərçivədə qaldığımız yerdən davam etməyə razıyıq. Rusiya və Ukraynanın razılaşdırdığı müqavilə layihəsi o vaxt Ukrayna tərəfindən ləğv edilmişdi. Orada hər şeylə razılaşsaq da, razılaşmasaq da, hələ də mətnin məqbul olduğunu düşünürük.”
NOCOMMENT.AZ