Rusiya Prezidenti Vladimir Putin Tacikistana gedib.
NOCOMMENT.az xəbər verir ki, bu haqda “Sputnik Tacikistan” öz teleqram kanalında məlumat paylaşıb..
Qeyd edək ki, Rusiya lideri 3 gün davam edəcək səfər çərçivəsində Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşəcək.
Məlumata görə, Putin sabah Düşənbədə keçiriləcək ikinci Rusiya-Mərkəzi Asiya sammitində iştirak edəcək.