Putin təcili TŞ-nin toplantısına qatıldıbackend

Putin təcili TŞ-nin toplantısına qatıldı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısına onlayn qatılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Axşam Moskvaya qayıdarkən prezident Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib”, – Kreml sözçüsü bildirib.

Peskov həmçinin qeyd edib ki, Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, prezidentin köməkçisi Nikolay Patruşev, müdafiə naziri Andrey Belousov iclasda iştirak ediblər.

Putin bildirib ki, 2022-ci ilin fevralında qəbul edilən qərarlar düzgün və vaxtında idi.