Putin total müharibə və səfərbərlik elan edəcəkbackend

Putin total müharibə və səfərbərlik elan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi üçüncü ayda davam edərkən, Rusiya prezidenti Vladimir Putinin bir neçə gün ərzində Ukraynada total müharibə, Rusiyada isə səfərbərlik elan edəcəyi iddia edilib.

NOCOMMENT.az xəbər verir ki, İngiltərə mətbuatı işğalın uzanmasından narahat olan rus komandirlərin hücumları artırmaq üçün ölkədə səfərbərlik elan etmək üçün Putindən Ukraynada hərtərəfli müharibəyə çağırış tələb etdiyini yazıb.

Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, Putin mayın 9-da keçiriləcək qələbə günü tədbirlərində ehtiyatda olan hərbçilərin Ukraynadakı müharibəyə cəlb edilməsi üçün səfərbərlik elan edə bilər. NATO-nun keçmiş komandanı Riçard Şerif də bildirib ki, Qərb ölkələri Rusiyanın hücumları ilə bağlı “ən pis ssenariyə hazır olmalıdırlar”.

Bundan əvvəl mətbuatda Rusiya ordusunun Putinin Ukraynaya müdaxilənin bir neçə həftəyə başa çatacağı ilə bağlı proqnozuna reaksiya verdiyi və hücumların artırılmasını istədiyi barədə xəbərlər yayılmışdı.

Rusiya bu ayın əvvəlində müharibənin birinci mərhələsinin başa çatdığını və qoşunların Ukraynanın paytaxtı Kiyevdən çıxarılacağını və Rusiyanın dəstəklədiyi separatçıların yerləşdiyi şərq Donbass bölgəsində cəmlənəcəyini açıqlamışdı.