ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həlli vaxtı ilə bağlı mövqeyini dəyişib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin xatırladıb ki, Tramp vəzifəyə başlamazdan əvvəl Ukraynadakı münaqişəni tezliklə həll edəcəyinə söz verib.
“Lakin o, ABŞ-ın artıq seçilmiş prezidenti kimi kəşfiyyat orqanlarından və sair məlumat almağa başlayandan sonra mövqeyini dəyişdi və dedi ki, bəli, altı ay çəkəcək”, – prezident əlavə edib.
Rusiya lideri bu vəziyyəti “tamamilə təbii” adlandırıb.
Putin Rusiyanın Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazır olduğunu da qeyd edərək, Moskvanın Kiyevlə dialoqdan heç vaxt imtina etmədiyini, lakin Ukrayna hakimiyyətinin Rusiya Federasiyası ilə danışıqlara qadağa qoyduğunu vurğulayıb.