Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Alyaskada strateji hücum silahlarına dair yeni saziş bağlayacağını istisna etməyib.
NOCOMMENT.az bildirir ki, bu barədə RBC xəbər verir.
Dövlət başçısının sözlərinə görə, razılaşmaların əldə edilməsi “ölkələrimiz arasında, Avropada və bütövlükdə dünyada uzunmüddətli sülh şəraiti yaratmaq üçün lazımdır”.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, ABŞ strateji sabitlik üzrə dialoqda maraqlı deyil və buna görə də Moskva Strateji Silahların Azaldılması Müqaviləsinin (START) yenilənməsini müzakirə etməyin mənasını görmür.