Rusiya prezidenti Vladimir Putin Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyənin diplomatik missiyası məlumat verib.
“Hakan Fidanı Vladimir Putin qəbul edib. Görüş saat 19:30-da başlayıb və davam edir”, – məlumatda deyilir.
Mayın 26-da İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Fidan və Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Moskvada görüş zamanı Ukrayna üzrə danışıqlar prosesini müzakirə ediblər. Bildirilib ki, Moskvada səfərdə olan Fidan Vladimir Putin və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşməyi planlaşdırır. Fidanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi də qeyd edilib.