Putin Türkiyənin BORCUNU SİLDİ – 17 milyon dollar…backend

Putin Türkiyənin BORCUNU SİLDİ – 17 milyon dollar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Türkiyənin 17 milyon dollarlıq borcunun silinməsini nəzərdə tutan layihənin təsdiqi haqqında qanunu imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyəyə jest olan bu qanun layihəsinə əsasən, 2017-ci ildə Rusiyadan 726 milyon dollar ixrac krediti alan və sanksiyalara görə bir hissəsini ödəyə bilməyən Türkiyə qalan borc üçün cəzadan azad ediləcək.

Rusiya maliyyə nazirinin müavini Aleksey Sazanov Türkiyənin 2022-ci ilə qədər öhdəliklərini tam yerinə yetirdiyini deyib. O bildirib ki, Qərbin sanksiyalarından sonra Ankara özündən asılı olmayan səbəblərə görə 2022 və 2023-cü illərdə 111 milyon dollarlıq ödənişi həyata keçirə bilməyib.

Rusiya nümayəndəsi Vyaçeslav Nikonov cərimə məbləğinin ikitərəfli ticarət həcmi ilə müqayisə edilə bilməyəcək qədər az olduğunu vurğulayaraq, qərarın dostluq və iqtisadi əməkdaşlığın göstəricisi olduğunu bildirib.