Putin Ukraynada döyüşən deputatı mükafatlandırdıbackend

Putin Ukraynada döyüşən deputatı mükafatlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının deputatı Adam Delimxanova “Rusiya Qəhrəmanı” adı verib.

NOCOMMENT modern.az-a istinadən TASS-a istinadən xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Adam Delimxanov “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası” və Ukrayna ərazisində hərbi əməliyyatlarda nümayiş etdirdiyi igidliyə görə “Rusiya Federasiyası qəhrəmanı” adına layiq görülüb.

Qeyd edək ki, Delimxanov Dövlət Dumasının Çeçenistandan olan deputatıdır. O, Dumanın Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvüdür. Deputat Rusiyanın Ukraynada həyata keçirdiyi əməliyyat başlayandan etibarən Çeçenistandan olan rusiyalı qvardiyaçılar ilə Donbasda olub.