“Ukraynadakı hərəkətlərimizi yalnız bir şey müəyyən edir: Qərb və onun peyklərinin Ukraynada Donbasda yaşayan insanlara qarşı başlatdığı müharibəyə son qoymaq”.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən BRİKS-in 15-ci Sammiti çərçivəsində videokonfrans vasitəsilə liderlərin görüşündə deyib.
O, həmçinin BRİKS ölkələrinə böhranın həllində göstərdikləri səylərə görə təşəkkür edib.