Putin Ukraynadan sonra hansı ölkəyə hücum edəcək? – Açıqlamabackend

Putin Ukraynadan sonra hansı ölkəyə hücum edəcək? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məsəl var: “İştaha diş altındadır”. Allah eləməsin, Ukrayna məğlub olsa, onda Rusiya keçmiş sovet məkanındakı bütün respublikaları qətlə yetirməyə başlayacaq”.

NOCOMMENT xəbər verir ki, bunu yenisabah-a açıqlamasında Qabil Hüseynli bildirib.

O, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun açıqlmasını şərh edib.

Xatırladaq ki, Danilov iddia edib: “Vladimir Putinin Ukrayna ilə müharibədə qələbə qazanacağı təqdirdə növbəti işğal etmək istədiyi ölkə Litva olacaq”. O, həmçinin qeyd edib ki, Litvadan sonrakı hədəflər digər Baltikyanı ölkələr və Polşa ola bilər.

Qabil Hüseynli qeyd edib: “Bəli, Moldova haqqında da artıq oxşar iddia səslənib. Baltikyanı respublikalar haqqında da buna bənzər iddialar var. Gürcüstanın da adı hallanır. Baltikyanı ölkələr NATO-nun üzvü olsa da, Avropa İttifaqının xarici siyasət komissarı Jozef Borrell ötən dəfə bildirdi ki, Rusiya ordusu köhnə sovet ölkələrindən birinin ərazisini də işğal etmək istəyir.

Ümumiyyətlə, ox yaydan çıxıb və yaxşı ki, rusların böyük itkiləri var, ona görə də, Bəşər Əsədlə Ramzan Kadırovun ümidinə qalıblar. Başqa cür olsaydı, daha geniş xarakterli plan cıza bilərdilər, amma, məncə, onlar Ukraynada öz arzularını dəfn edəcəklər”.

“Ukraynadakı vəziyyət, strateji durum Putinin xeyirinə dəyişərsə, o zaman paralel olaraq başqa bir ölkəyə, birinci növbədə isə, Moldovaya hücuma keçə bilər. İnanmıram ki, Kiyevin işğal edilməsi, strateji məqamın dəyişməsi anlamına gəlsin. Yəqin ki, rusların arzusu gözündə qalacaq”, – deyə siyasi şərhçi fikirlərini yekunlaşdırıb.