Putin: Ukraynanın əks-hücumları başladıbackend

Putin: Ukraynanın əks-hücumları başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ukrayna ordusunda itkilərin artdığını qeyd edən Rusiya prezidenti Putin, “Açıq şəkildə deyə bilərik ki, Ukraynanın hücumu başlayıb” deyə açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ordusu ilə Ukrayna ordusu arasında baş verən qarşıdurma ilə bağlı açıqlamalar verib.

Ukrayna ordusundakı itkilərin son günlər sürətlə artdığını açıqlayan Putin, sözügedən itkilərin “3-ə 1” nisbətindən daha çox olduğunu bildirib.

Ukrayna ordusunun əks hücuma keçdiyini vurğulayan Putin, “Açıq şəkildə deyə bilərik ki, Ukraynanın hücumu başlayıb. Ukrayna ordusunda strateji ehtiyatlardan istifadə bunu nümayiş etdirir” deyə o qeyd edib.

NOCOMMENT.AZ