Putin və Bayden arasında telefon danışığı baş tutubbackend

Putin və Bayden arasında telefon danışığı baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.

NOCOMMENT-in məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.

Telefon danışığı 50 dəqiqə davam edib.

Mətbuata qapalı rejimdə baş tutan söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin aktual qlobal və regional problemlər müzakirə edilib.

Qeyd edək ki, liderlər arasında sonuncu görüş dekabrın 7-də videokonfrans formatında olmuş və iki saatdan artıq davam etmişdi.