Putin və Baydenin köməkçiləri arasında kritik telefon əlaqəsibackend

Putin və Baydenin köməkçiləri arasında kritik telefon əlaqəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.

Məlumatda Rusiya tərəfindən ABŞ-a təqdim edilmiş Avropada təhlükəsizlik zəmanətlərinə dair təkliflər paketinin müzakirə edildiyi bildirilib.

Peskov söyləyib ki, müzakirə işgüzar və praqmatik xarakter daşıyıb və tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.