Rusiya prezidenti Vladimir Putin dekabrın 21-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
NOCOMMEN.az xəbər verir ki, görüş zamanı Putin Lukaşenkoya Rusiya–Belarus münasibətlərinin yüksək səviyyədə qiymətləndirilməsinə görə təşəkkür edib.
Putin bildirib ki, Belarus liderinin Rusiya və ikitərəfli münasibətlər barədə isti və müsbət fikirləri diqqətdən yayınmayıb:
“Rusiya–Belarus münasibətlərinin keyfiyyətinə verdiyiniz yüksək qiymətə görə sizə təşəkkür etmək istəyirəm. Rusiyaya və əlaqələrimizə dair söylədiyiniz səmimi sözlərə diqqət yetirdim. Əminəm ki, Rusiyada da buna çoxları fikir verdi”, – deyə Putin vurğulayıb.
Rusiya prezidenti əlavə edib ki, Lukaşenko ilə görüşdən öncə Rusiya hökumətinin sədri Mixail Mişustinlə söhbət edib və o, iki ölkə hökumətləri arasında əməkdaşlıq barədə ətraflı məlumat verib. Putinin sözlərinə görə, Rusiya və Belarus hökumətləri bir-biri ilə son dərəcə sıx şəkildə işləyir.
“Əslində diqqətimizi tələb edən demək olar ki, heç bir problem yoxdur. Amma buna baxmayaraq, həmişə müzakirə olunası mövzular tapılır”, – deyə Putin qeyd edib.













