Putin və Lukaşenko qaz tədarükü üzrə beşillik razılaşma əldə  etdilərbackend

Putin və Lukaşenko qaz tədarükü üzrə beşillik razılaşma əldə etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Kreml görüşündə qaz tədarükü üzrə beşillik razılaşmaya gəliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Lukaşenko jurnalistlərə respublikaya növbəti beş il üçün qaz tədarükü ilə bağlı danışıqların gedişi barədə danışıb.

Qeyd edək ki, Putin və Lukaşenko 26 sentyabr günü günorta saatlarında Kreml-də görüşüblər. Dövlət başçıları Belarus-Rusiya əlaqələrinin inkişafı, regiondakı vəziyyət və beynəlxalq gündəm məsələlərini müzakirə etməyi planlaşdırırdılar. Bundan əlavə, prezidentlərin Belarusda ikinci atom elektrik stansiyasının tikintisi mövzusunu da gündəmə gətirməsi gözlənilirdi.