Putin və Lukaşenkonun görüşü baş tutub – VİDEObackend

Putin və Lukaşenkonun görüşü baş tutub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında Soçidə görüş baş tutub.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, görüş zamanı hər iki ölkə arasında müxtəlif səviyyələrdə əməkdaşlığın vacibliyi qeyd edilib. Putin bildirib ki, Rusiya və Belarus arasındakı əməkdaşlıq gücləndirilib və bu istiqamətdə daha bir neçə addım atılacaq. Rusiya prezidenti, həmçinin bildirib ki, ümumilikdə Belarus iqtisadiyyatına qoyulan sərmayə 4 milyard dollardan çoxdur.

Lukaşenko isə Putinə verdiyi dəstək üçün təşəkkür edib və bütün sahələrdə əməkdaşlıq barədə tərtib edilən yol xəritələrinin imzalanmağa hazır olduğunu vurğulayıb.