Putin və Makron arasındakı dialoq sülh perspektivlərini genişləndirirbackend

Putin və Makron arasındakı dialoq sülh perspektivlərini genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin ilə Fransanın prezidenti Emmanuel Makron arasındakı danışıqlar Ukraynada sülhün yaxınlaşmasına xidmət edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə News.ru-ya açıqlamasında Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin birinci sədr müavini Aleksey Çepa bildirib.

O qeyd edib ki, istənilən danışıqlar problemlərin sülh yolu ilə həllinə kömək edir və bu problemlər kifayət qədər çoxdur. Söhbət gərginliyin artması və silahlanma yarışından gedir ki, burada “Fransa az rol oynamır”, – deyə Çepa vurğulayıb.

Deputat əlavə edib ki, “belə danışıqlar çox vacibdir” və yaxın zamanda ilk nəticələrin görünəcəyini proqnozlaşdırıb.