Putin və Makron Qarabağı müzakirə ediblərbackend

Putin və Makron Qarabağı müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, telefon danışığı zamanı İranın nüvə proqramı ilə bağlı vəziyyət, Qarabağın məsələsinin tənzimlənməsi, Ukraynanın cənub-şərqindəki gərginlik və digər mövzular müzakirə edilib. Makronun xahişi ilə Vladimir Putin 9 Noyabr 2020 və 11 Yanvar 2021 tarixlərində Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsi barədə məlumat verib.

Danışıq zamanı bölgədə vəziyyətin sabit olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi istiqamətində addımlar atıldığı qeyd edilib.