Putin və Papa danışıqlarının mövzusu məlum olubbackend

Putin və Papa danışıqlarının mövzusu məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Papa XIV Leo ilə ilk söhbətində Ukraynada siyasi və diplomatik vasitələrlə sülhün əldə olunmasında maraqlı olduğunu təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin siyasi və diplomatik vasitələrlə sülhə nail olmaqda maraqlı olduğunu təsdiqləyib”, – deyə məlumatda bildirilir.

Eyni zamanda Rusiya lideri vurğulayıb ki, böhranın yekun, ədalətli və hərtərəfli həlli üçün onun əsas səbəbləri aradan qaldırılmalıdır.

Dövlət başçısı həmçinin qeyd edib ki, İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası kontekstində o, XIV Leoya hərbi əsirlərin, eləcə də döyüşlər zamanı canlarını vermiş hərbçilərin mübadiləsinə dair ikinci raundda əldə edilmiş konkret razılaşmalar barədə məlumat verib.