Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında Çində keçiriləcək görüşdə Ukrayna, eləcə də Yaxın Şərq və Şimal-Şərqi Asiyadakı vəziyyət müzakirə olunacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, iki ölkə liderləri Avrasiya İqtisadi İttifaqı və Çinin “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində inteqrasiya proseslərinin əlaqələndirilməsi məsələlərinə diqqət yetirəcəklər.
“Lakin çox güman ki, xarici siyasət sahəsində əməkdaşlığın əsas və mühüm mövzuları günün sonunda baş tutacaq qeyri-rəsmi görüş zamanı müzakirə olunacaq”, – Uşakov vurğulayıb.