Putin və Yeltsinin şəxsi pilotu vəfat edibbackend

Putin və Yeltsinin şəxsi pilotu vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentlərinin pilotu Qriqori Beloded Moskvada 74 yaşında vəfat edib.

NOCOMMENT.az rus mətbuatına əsasən bildirir ki, Beloded “Rusiya” xüsusi uçuş dəstəsində ekipaj komandiri vəzifəsində çalışıb və Rusiyanın ilk prezidenti Boris Yeltsinlə birlikdə uçurmuş, daha sonra təcrübəli təyyarəçi Vladimir Putinin baş pilotu olaraq çalışıb. Oğlunun sözlərinə görə, 2005-ci ildə yaşına görə “səmadan” ayrılsa da, amma təyyarələrlə işinə yerdə davam edib.

Rusiyada “bir nömrəli bort” rolunu “Rusiya” xüsusi uçuş dəstəsinin hava donanmasından olan təyyarələr yerinə yetirir. 1992-ci ildən bəri prezidentlər İl-62, Tu-154, Tu-134 və Yak-40 təyyarələrində uçublar. 1996-cı ildən bəri əsas prezident təyyarəsi dörd mühərrikli geniş gövdəli uzun mənzilli İl-96-300PU (İl-96 sərnişin təyyarəsinin əhəmiyyətli dərəcədə dəyişdirilmiş variantıdır) sayılır.