Rusiya prezidenti Vladimir Putin İrkutsk vilayətinin qubernatoru İqor Kobzevlə görüşündə xüsusi hərbi əməliyyatda iştirak edən rus hərbçilərini “öz adamları” adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
“Bəzi həmkarlarıma dediyim kimi: mənim uşaqlarımı və onların ailə üzvlərini unutmayın, mən xüsusi hərbi əməliyyatın iştirakçılarını və bununla bağlı hər şeyi nəzərdə tuturam”, – deyə o deyib.
Dövlət başçısı Kobzevi Rusiya ordusunun bütün problemlərini daim şəxsi nəzarətində saxlamağa çağırıb.
İrkutsk vilayətinin qubernatoru prezidentə onun xahişini yerinə yetirəcəyinə söz verib.