Putin Zaxarovanı ordenlə təltif edibbackend

Putin Zaxarovanı ordenlə təltif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı 4-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

NOCOMMENT.az xəbər verir ki, müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında yerləşdirilib.

Sərəncamda deyilir: “Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində xidmətlərinə və uzun illər diplomatik xidmətinə görə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Vladimirovna Zaxarova 4-cü dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilsin.

Martın 27-də Rusiya lideri eyni ordenlə İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkovaya da layiq görülüb.

2020-ci ildə Putin həmçinin Zaxarova və Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanı “Şərəf” ordeni ilə təltif edib.