Putin: Zelenskinin fikri Nobel Komitəsini maraqlandırmayıbbackend

Putin: Zelenskinin fikri Nobel Komitəsini maraqlandırmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenskinin fikri, yəqin ki, Sülh üzrə Nobel Komitəsini maraqlandırmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Düşünürəm ki, bugünkü Kiyev rejiminin rəhbərinin fikri Nobel Komitəsini qərar qəbul edərkən çətin ki, maraqlandırıb”, – Rusiya lideri Ukrayna prezidentinin Tomahawk raketləri ilə bağlı bəyanatını şərh edərkən deyib.

Putin vurğulayıb ki, Nobel Sülh Mükafatını silah tədarükü ilə əlaqələndirmək absurddur və bu, “bugünkü Kiyev rejiminin ümumi səviyyəsini göstərir”.