Putindən KRİTİK AÇIQLAMA: Təxribat hazırlanır…backend

Putindən KRİTİK AÇIQLAMA: Təxribat hazırlanır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya rəhbərliyinin koronavirusla mübarizə ilə əlaqədar bu ölkəyə qarşı hazırlanan təxribatlar barədə məlumatı var”.

NOCOMMENT.az Rusiya KİV-nə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, postsovet məkanında bir sıra ölkələrdə olduğu kimi, Rusiyanı zəiflətmək və xarici nəzarət altına almaq istəyirlər.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Publika.az