Putindən mesaj: Alman tankları yenidən üzərimizə yürüş edəcəkbackend

Putindən mesaj: Alman tankları yenidən üzərimizə yürüş edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Putin Ukraynaya veriləcək Almaniya istehsalı olan Leopard əsas döyüş tankları ilə bağlı “80 il sonra onlar yenidən üzərimizə yürüş edəcəklər” deyib.

NOCOMMENT xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ötən gün Ukrayna müharibəsinin qızışdığı bir vaxtda İkinci Dünya Müharibəsinə işarə edərək, “Zirehlərində xaçlar olan alman tankları yenə üstümüzə gəlir” deyib.

İkinci Dünya Müharibəsinin ən böyük döyüşlərindən birinin baş verdiyi Volqoqradın yeni adı olan “Stalinqrad”a baş çəkən və naməlum əsgərin abidəsi önünə çələng qoyan Putin bir tərəfdən Qərbə, digər tərəfdən rus xalqına “Yenə vətən savaşındayıq” mesajları verdi.