Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.
NOCOMMENT.az xəbər verir ki, Putin Rusiyanın razılaşmaya uyğun olaraq Azərbaycan təyyarəsinin qəzasının araşdırılmasına hər cür köməklik göstərəcəyini deyib.
Putinin sözlərinə görə, AZAL təyyarəsinin qəzasına səbəb ola biləcək amillərdən biri də hadisə zamanı havada Ukraynaya məxsus pilotsuz uçuş aparatının olmasıdır.
“Faciənin baş verdiyi gün AZAL təyyarəsi ilə eyni vaxtda üç Ukrayna dronu Rusiyanın hava sərhədini keçib.
Rusiya Hava Hücumundan Müdafiə Sistemi tərəfindən buraxılan iki raket AZAL təyyarəsinə birbaşa dəyməyib, yalnız bir neçə metr məsafədə partlayıb.
AZAL təyyarəsi böyük ehtimalla birbaşa zərbə nəticəsində deyil, qəlpə parçaları ilə zədələnib”.