Putindən yaşıl işıq: Biz danışıqlara açığıqbackend

Putindən yaşıl işıq: Biz danışıqlara açığıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranının həlli ilə bağlı Çinin təkliflərini araşdırdığını bildirərək “Biz hər zaman danışıqlar prosesinə açığıq” deyib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın paytaxtı Moskvadakı Kreml sarayında Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb.

Ukrayna böhranının həlli üçün Çinin təklif etdiyi təkliflərə toxunan Putin, bu təklifləri araşdırdıqlarını və Si Cinpin ilə görüşdə bu məsələyə də toxunacaqlarını bildirib: “Ukraynadakı kəskin böhranın həlli ilə bağlı təkliflərinizi diqqətlə araşdırmışıq. Təbii ki, bu məsələ ilə bağlı məsləhətləşmək imkanımız olacaq. Danışıqlar prosesinə həmişə açığıq. Biz bütün bu məsələlərə, o cümlədən sizin təşəbbüslərinizlə mütləq hörmətlə yanaşacağıq”.

NOCOMMENT.AZ