Putindən yeni neft satışı qərarıbackend

Putindən yeni neft satışı qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya hücumlarına görə Qərb ölkələrinin sanksiyalarına məruz qalan Rusiyadan yeni addım gəlib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin dost ölkələrə satışında qiymət tavanının ləğvi haqqında fərman imzalayıb.

Avropa İttifaqı (Aİ) ölkələri ötən ilin dekabrında Rusiya neftinin tavan qiymətini tətbiq edib və Rusiya neftinin barrelini 60 dollar kimi müəyyənləşdirmişdi.

Putin isə 2022-ci il dekabrın 27-də AB-nin Rusiyaya tətbiq etdiyi qiymət limitində iştirak edən ölkələrə Rusiya neftinin satışını qadağan edən fərman imzaladı.

Putin fərmanı dəyişərək, “dost ölkələri” bu kateqoriyadan çıxarıb.

NOCOMMENT.AZ