Putinə göndərilən sualların sayı 2 milyonu keçdibackend

Putinə göndərilən sualların sayı 2 milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin 19 dekabr, cümə günü iştirak edəcəyi “Birbaşa xətt” proqramı və böyük mətbuat konfransı üçün göndərilən sual müraciətlərinin sayı 2 milyonu ötüb.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi məlumatında bildirilir. Açıqlamaya əsasən, ümumi müraciətlərin sayı 2 milyon 57 min 319 təşkil edir. Sualların böyük hissəsi telefon zəngləri vasitəsilə təqdim olunub.

Bundan əlavə, 394 min müraciət Rusiyada yeni istifadəyə verilmiş Max adlı çat platforması üzərindən daxil olub.