Putinin bu FOTOLARI beyinləri qarışdırdı – Axı bu, necə ola bilər?backend

Putinin bu FOTOLARI beyinləri qarışdırdı – Axı bu, necə ola bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya lideri Vladimir Putin hakimiyyətə gəldiyi gündən sirli həyatı ilə gündəmdədir. Xüsusən də Rusiya-Ukrayna müharibəsi başlayandan sonra onunla bağlı müxtəlif iddialar səsləndirilib.

Oktyabrda 70 yaşını qeyd etməyə hazırlaşan Putinin dəfələrlə müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi irəli sürülüb, lakin bu xəbərlər Moskvadan verilən açıqlamalarla təkzib edilib. Bəzi nəzəriyyəçilər isə Putinin ölməz olduğunu, hər iki dünya müharibəsində Rusiya üçün vuruşduğunu, hətta bolşevik inqilabında iştirak etdiyi ilə bağlı ağlasığmaz iddialar irəli sürüb. Onlar Vladimirin min illərdir planetdə yaşadığına və mifik məxluq olduğuna inanırlar.

NOCOMMENT.az bildirir ki, son günlər bu tezisi müdafiə edənlər öz fikirlərini Putinin sosial mediada yayılan 1920 və 1941-ci illərə aid iki fotoşəkli üzərində qurmağa başlayıblar. Sözügedən şəkillərdəki əsgərlər Rusiya prezidentinə bənzərlikləri ilə diqqət çəkib. 1920 və 1941-ci illərdə çəkilmiş fotoşəkillərin harada və kim tərəfindən çəkildiyi isə məlum deyil. Bir qisim nəzəriyyəçilər arasında 19-cu əsr yunan generalı Valtinosla Putin arasındakı oxşarlığa diqqət çəkənlər də var.

 

Daha maraqlı bir fikrə görə, Vladimir Putin əslində 1431-ci ildə anadan olub və dünyada “Drakula” adı ilə tanınan “Voivod the Impaler”dir.

Qeyd edək ki, Putinin ölməz olduğu iddiaları 2015-ci ildə də gündəmdə idi və bəzi insanlar Rusiyanın gizli zaman maşınının ola biləcəyi fikrini müdafiə edirdilər.

Sfera.az