NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna ilə müharibənin Rusiya üçün strateji məğlubiyyət olduğunu və Rusiya prezidenti Vladimir Putinin Ukraynanı həmişəlik itirdiyini iddia edib.
NOCOMMENT.az xəbər verir ki, Stoltenberq Almaniya Xəbər Agentliyinin (DPA) suallarını cavablandırıb.
“Ancaq biz haradan başladığımızı xatırlamaq lazımdır. Rusiya 2022-ci il fevralın 24-də Ukraynanı işğal edəndə çoxları onun bir neçə gün ərzində Kiyevə nəzarəti ələ keçirəcəyindən ehtiyat edirdi. O vaxtdan bəri ukraynalılar əvvəlcə işğal etdikləri ərazilərin 50 faizini azad etməyə müvəffəq olublar. “Onlar Kiyev, Xarkov və Xersonda böyük döyüşlərdə qalib gəldilər, əlamətdar hərbi qələbələr qazandılar. Ukrayna özünü suveren və müstəqil dövlət kimi təsdiq etdi və bu prosesdə Rusiyaya böyük itkilər verdi”.