Putinin Fidanla GÖRÜŞÜ – Türkiyənin Ukrayna ətrafındakı böhranın…backend

Putinin Fidanla GÖRÜŞÜ – Türkiyənin Ukrayna ətrafındakı böhranın…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Türkiyə ilə münasibətlərin inkişafına məmnunluqla baxır. Türkiyənin Ukrayna ətrafındakı böhranının həllinə sadiqliyini minnətdarlıqla qeyd edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə xarici işlər naziri Hakan Fidanla Kremldə keçirdiyi görüşdə bildirib.

O, həmçinin danışıqlar prosesini dəstəklədiyinə və böhranın həlli ilə bağlı Ukrayna ilə danışıqlar üçün İstanbul platformasını təqdim etdiyinə görə Ərdoğana təşəkkür edib. Türkiyəli diplomat Ukrayna-Rusiya müharibəsi kontekstində ölkəsinin vasitəçilik fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Putin bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin bağlanmasında mühüm rol oynayıb. Rusiya prezidenti iyulda Astanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini də deyib.