Putinin fikirləri İrəvana tərs şillədir: Paşinyanın provakasiyası baş tutmadıbackend

Putinin fikirləri İrəvana tərs şillədir: Paşinyanın provakasiyası baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda başlayan yeni eskalasiyanın 11-ci günündə Rusiya Prezidenti Vladimir Putinin münaqişə ilə bağlı açıqlaması Ermənistan üçün soyuq duş hesab edilə bilər.

NOCOMMENT yenisabah.az-a istinadən xatırladır ki, Vladimir Putin Rossiya 24 telekanalına açıqlamasında Rusiyanın Ermənistanla bağlı öhdəliklərinin oluğunu desə də, müharibənin Azərbaycan ərazilərində getdiyini vurğulayıb. Vladimir Putinin bu fikri Rusiyanın münaqişəyə müdaxilə etməyəcəyi anlamına gəlir. Bu mövqe təbii ki, Ermənistan üçün arzuolunan deyil.

Zatən, yeni eskalasiyanın ilk günlərindən Kreml sahibinin baş verənləri sükutla izləməsi Rusiyanın münaqişəyə hər hansı müdaxiləsini ehtimalını sıfıra endirmişdi. İrəvan da bunun fərqində olduğu üçün Moskvanı fakt qarşısında qoymağa çalışırdı. Azərbaycanın münaqişə ocağına aid olmayan ərazilərinin, regional və Bakı-Tiflis-Ceyhan kimi beynəlxaql layihələrin hədəf alınması Bakını hövsələdən çıxararaq müharibəni Ermənistan ərazisinə transfer etmək və bununla da Rusiyanın prosesə cəlb olunması məqsədi daşıyırdı. Azərbaycan dəfələrlə İrəvanın bu çirkin planı barədə dünyanı xəbərdar edib.

Vladimir Putinin açılamasını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Kremlin sahibini fikirləri İrəvana tərs şillədir. “Əlbəttə ki, bu açıqlama Ermənistan üçün gözlənilməz oldu. Nikol Paşinyan hər vəchlə çalışırdı ki, Rusiyanı münaqişəyə cəlb etsin. Lakin Putin müharibənin Azərbaycan ərazilərində getdiyini söyləməklə İrəvanın bu ümidlərini puça çıxardı”, – deyə politoloq bildirib.

Elxan Şahinoğlunun fikrincə, Vladimir Putinin münaqişəyə münasibətdə seyrçi mövqe tutması mövcud reallıqlarla bağlıdır. “Əvvəla, Vladimir Putin yaxşı bilir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidr. İkincisi, o Ermənistanla müttəfiq olsa da, Dağlıq Qarabağda yaşayan ermənilərə görə Azərbaycan və Türkiyə ilə münasibətlərinə xələl gətirmək istəmir. Rusiya həm Türkiyə, həm də Azərbaycanla bir çox məsələlərdə əməkdaşlıq edir, birgə lahiyələr mövcuddur və s. Faktiki olaraq Moskvanın istər Ankara, istər Bakı ilə münasibətləri müttəfiqi Ermənistanla münasibətlərini üstələyir. Ona görə də düşünürəm ki, Putin riskə getmək istəmir”, – deyə həmsöhbətimiz qeyd edib.

Politoloq əlavə edib ki, Azərbaycan bu tarixi fürsətdən yararlanaraq Qarabağda əks-hücum əməliyyatını davam etdirməlidir.