Putinin görüşdüyü erməni polkovnik Şuşada MƏHV EDİLİBMİŞbackend

Putinin görüşdüyü erməni polkovnik Şuşada MƏHV EDİLİBMİŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun sonuncu Qarabağ müharibəsində verdiyi itkilər arasında yüksək rütbəli zabitlər də az deyil.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, məhv edilən zabitlər arasında xüsusən, polkovnik Ovannes Avaqyan diqqət çəkir.

Vazgen Sarkisyan adına Universiteti bitirikdən sonra Avaqyan Qarabağın o zamanlar işğal altında olan Suqovuşan (Madagis) qəsəbəsində xidmət edir və 5 il ərzində təmas xəttində Ordumuza qarşı təxribatların təşkilində fəallıq göstərir.

Rəsmi Yerevanın general rütbəsinə hazırladığı Avaqyan Moskvada Frunze adına Hərbi Akademiyada oxuyur.

2019-c ildə Akademiyadan məzun olan zaman erməni zabiti Putin şəxsən təbrik edir.

Bundan sonra, Avaqyan Vazgen Sarkisyan adına Hərbi Universitetin rəis müavini, 2020-ci ilin yayında isə qondarma Qarabağ respublikasının müdafiə nazirinin müavini postuna təyinat alır.

Sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan sonra Ovannes Avaqyan Suqovuşanın uğursuz müdafiəsini təşkil edir. Burada məğlub olduqdan sonra isə Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində döyüşlərə qatılır. Erməni polkovniki bütün istiqamətlərdə məğlubiyyət gözləyirdi.

Noybarın 7-də Şuşa istiqamətinə göndərilən Ovannes Avaqyan öz dəstəsi ilə birlikdə məhv edilir.

Ermənistan rəhbərliyi ən təcrübəli zabitlərindən birinin ölümünü uzun müddət gizlətsə də, yerli jurnalistlər bu faktı ictimailəşdiriblər.